Olland: Türkiyə ilə yeni səhifə açmağa hazırıq

Olland: Türkiyə ilə yeni səhifə açmağa hazırıq
  29 Yanvar 2014    Oxunub:1149
Fransua Olland: Fransa Türkiyə ilə münasibətlərində yeni səhifə açmağa hazırdır.

Fransa Türkiyə ilə münasibətlərində yeni səhifə açmağa, eləcə də fundamental hüquq və təminat hüquqları kimi məsələlərdə yardım etməyə hazırdır AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Fransua Olland Ankarada Türkiyə-Fransa iş adlamlarının forumunda deyib.

O, qeyd edib ki, bu, Avropa və Türkiyə üçün yaxşı olacaq: "Bu məsələlərdə Fransanın tam dəstəyini gözləyə bilərsiniz".

Viza məsələlərinə toxunan F.Olland bildirib ki, xarici işlər nazirinə müvafiq tapşırıq verib: "Biz sahibkarların sərbəst şəkildə Fransaya gələrək işləməsinə can atmalıyıq. Yaxın vaxtlarda Yelisey sarayında Fransa iqtisadiyyatına investisiya yatırmaq fikrində olan xarici şirkətlərin nümayəndələri ilə görüşüm olacaq. Mən görüşdə Türkiyə şirkətlərini görməyə şad olardım".


Teqlər:  





Xəbər lenti