ABŞ-da atışma: Ölən və yaralılar var

 ABŞ-da atışma:  Ölən və yaralılar var
  19 Sentyabr 2020    Oxunub:3413
ABŞ-ın Nyu-York ştatının Roçester şəhərində atışma baş verib.
Azvision.az xəbər verir ki, bu barədə BNO News məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 13 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır, bir neçə küçə bağlanıb. Atəş açan şəxslərin və qurbanların kimliyi barədə məlumat verilmir.

Qeyd edək ki, şəhərdə bir gün əvvəl "Black Lives Matter" hərəkatı tərəfdarlarının növbəti aksiyası keçirilib. Afroamerikalı Daniel Prudun polis tərəfindən öldürülməsindən sonra etirazlar başlayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Atışma  





Xəbər lenti