Əfqanıstanda partlayış törədilib, ölən və yaralılar var

Əfqanıstanda partlayış törədilib,  ölən və yaralılar var
  19 Sentyabr 2020    Oxunub:4137
Əfqanıstanın Bəlx vilayətində partlayış törədilib.
Azvision.az -ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, əyalətin polis idarəsinin sözçüsü Adilşah Adil bildirib ki, keçmiş polis rəisi Hacı Haşımxan Əhmədzadənin keçdiyi yolda bomba quraşdırılmış avtomobil partladılıb.

Hadisə nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb. Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti