Britaniyada koronavirusa yoluxma sürətlə artır

Britaniyada koronavirusa yoluxma sürətlə artır
  20 Sentyabr 2020    Oxunub:4137
Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 4422 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər infeksiyadan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 390 min 358, xəstəlikdən ölənlərin sayı isə 41 min 759 nəfərə çatıb.

Son günlər Böyük Britaniyada virusa yoluxma sayında kəskin artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus   Pandemiya  





Xəbər lenti