Koronavirusa yoluxanların sayı 31 milyonu ötdü

 Koronavirusa yoluxanların sayı 31 milyonu ötdü
  20 Sentyabr 2020    Oxunub:8247
Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı hər gün artmaqda davam edir.

Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 31 milyon 21 min 718, pandemiya qurbanlarının sayı 962 min 23 nəfərə çatıb.
İndiyədək 22 milyon 621 min 349 nəfər xəstəlikdən sağalıb. Hazırda müalicəsi davam edən 62 minə yaxın pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemiya 210-dan ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya   Xəstəlik  





Xəbər lenti