Gürcüstanda son sutkada 196 nəfər virusa yoluxdu

Gürcüstanda son sutkada 196 nəfər virusa yoluxdu
  20 Sentyabr 2020    Oxunub:4141
Gürcüstanda son sutka ərzində daha 196 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 3502-yə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1494 pasiyent sağalıb, 19 nəfər dünyasını dəyişib. Hazırda karantində 5014, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, son günlər Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti