ÜST: 8 peyvənd sınaqların son mərhələsindədir

    ÜST:  8 peyvənd sınaqların son mərhələsindədir
  20 Sentyabr 2020    Oxunub:4587
Hazırda dünyada koronavirusla əlaqədar 8 peyvənin sınaqları klinik yoxlamaların sonuncu mərhələsindədir, insanlar üzərində testdən keçirilir.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST bir peyvəndlə bağlı üçüncü mərhələdə sınaqların aparılmasına icazə verib. Bundan əlavə, ÜST üçüncü mərhələ sınağı aparılan peyvəndlərdən 5-nin istifadəsinə razılıq verib. Onlardan ABŞ və İngiltərədə iki peyvəndin sınaqlarının oktyabrda tamamlanaraq kütləvi şəkildə tətbiq edilməsi nəzərdə tutulur.

Həmçinin Çin və Rusiya hökumətləri tərəfindən istifadəsinə icazə verilən sınaqları başa çatmamış 3 peyvənin klinik sınaq proqramından əlavə tibb və dövlət sektorunda çalışanlara vurulmasına icazə verilib.

Azvision.az


Teqlər: ÜST   Peyvənd  





Xəbər lenti