Ermənistanda COVID-19-dan ölüm sayı 930-a çatdı

Ermənistanda COVID-19-dan ölüm sayı 930-a çatdı
  20 Sentyabr 2020    Oxunub:3491
Ermənistanda son sutka ərzində daha 277 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 47 431 nəfərə çatıb.

Son sutkada 2 xəstə həyatını itirib, bununla virusa yoluxma nəticəsində ölənlərin sayı 930-a yüksəlib.

Ermənistanda koronavirusa yoluxan, lakin digər səbəblərdən ölənlərin sayı 287 nəfərdir.

Azvision.az


Teqlər: Ermənistan   Koronavirus   Pandemiya  





Xəbər lenti