Rusiyada koronavirusa yoluxanların sayı artır

   Rusiyada koronavirusa yoluxanların sayı artır
  20 Sentyabr 2020    Oxunub:3945
Rusiyada son sutka ərzində koronavirusa 6148 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 1 103 399 nəfərə çatıb.

Rusiyada daha 79 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 19 418 nəfərdir. İndiyədək 906 mindən çox xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus   Pandemiya  





Xəbər lenti