Dünyada koronavirusla bağlı son vəziyyət

 Dünyada koronavirusla bağlı son vəziyyət
  21 Sentyabr 2020    Oxunub:2187
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 31 milyon 239 min 588 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 965 min 65 nəfərdir.

İndiyədək 22 milyon 833 min 523 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

ABŞ COVID-19 virusuna yoluxanların sayına görə dünyada birinci yerdədir. Sonrakı yerləri Hindistan, Braziliya, Rusiya və Peru tutur. ABŞ ölənlərin sayına görə də dünya lideridir.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti