BMT Baş katibi ABŞ və Çinə görə xəbərdarlıq etdi

BMT Baş katibi ABŞ və Çinə görə xəbərdarlıq etdi
  21 Sentyabr 2020    Oxunub:2649
BMT Baş katibi Antonio Quterreş ABŞ və Çin arasındakı qarşıdurmaya görə dünyaya mümkün ciddi problemlər barədə xəbərdarlıq edib.
Azvision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Baş katib əvvəlki ikiqütblü dünya sisteminin pozulduğunu və onun çoxqütblü sistemlə əvəzləndiyini qeyd edib.

"Ancaq dünya hələ çoxqütblü deyil, əksinə orada xaos hökm sürür və güclər arasındakı münasibətlər getdikcə daha da mürəkkəbləşir", - Quterreş deyib.

BMT Baş katibi əlavə edib ki, iki ən böyük iqtisadi güc - Çin və ABŞ arasındakı vəziyyət yaxşı tərəfə dəyişə bilər. Hazırda isə vəziyyət dəyişkən olduğundan bir neçə il gözləmək lazımdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BMT   ABŞ   Çin  





Xəbər lenti