Çində bıçaqlı şəxs insanlara hücum edib - Yaralılar var

Çində bıçaqlı şəxs insanlara hücum edib -  Yaralılar var
  21 Sentyabr 2020    Oxunub:2182
Çinin Quançjou şəhərində bıçaqlı şəxs uşaq bağçasının yaxınlığında insanlara hücum edib.
Azvision.az “People” nəşrinə istinadən xəbər verir ki, hücum nəticəsində 5-i uşaq olmaqla 7 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, uşaqlardan 2-si ağır, 3 nəfəri isə yüngül xəsarətlər alıb.

Hücum edən şəxs artıq saxlanılıb, hadisənin motivləri müəyyən edilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Hadisə  





Xəbər lenti