Hindistanda bina uçdu, 10 nəfər öldü

Hindistanda bina uçdu, 10 nəfər öldü
  21 Sentyabr 2020    Oxunub:2201
Hindistanın qərbində yerləşən Maharaştra əyalətində üçmərtəbəli binanın çökməsi zamanı 10 nəfər həlak olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 20 nəfər yerli sakinlər tərəfindən xilas edilib, 20-25 nəfər isə dağıntılar altında qalıb.

Mütəxəssislər axtarış-xilasetmə əməliyyatına başlayıb. Axtarışlara xüsusi təlim keçmiş itlər cəlb olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti