Bu ölkədə yoluxma sayı 87 minə yaxın artdı

Bu ölkədə yoluxma sayı 87 minə yaxın artdı
  21 Sentyabr 2020    Oxunub:2013
Hindistanda son sutka ərzində 86 961 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi yoluxma hallarının sayı 5 487 580 nəfərə çatıb. Son bir gündə 1157 pasiyent pandemiyanın qurbanı olub. Bununla infeksiyadan ölənlərin sayı 87 909-a yüksəlib. İndiyə qədər 4 396 399 xəstə sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxanların sayına görə dünyada ikinici yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti