Rusiya daha üç ölkə ilə uçuşları bərpa etdi

Rusiya daha üç ölkə ilə uçuşları bərpa etdi
  21 Sentyabr 2020    Oxunub:4251
Rusiya bu gündən daha üç ölkə - Qazaxıstan (Nur-Sultan), Qırğızıstan (Bişkek) və Belarusla (Minsk) uçuşları bərpa edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qərara əsasən, bu ölkələrin vətəndaşlarının və orada yaşamaq üçün icazəsi olanların hava-keçid məntəqələrindən Rusiya ərazisinə daxil ollmalarına icazə verilir.

Ruslar da öz növbəsində sərbəst şəkildə həmin ölkələrə uça bilərlər.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq Rusiya martın 27-dən bəri digər ölkələrlə müntəzəm və çarter uçuşlarını dayandırmışdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti