Çexiyanın Səhiyyə naziri istefa verib

 Çexiyanın Səhiyyə naziri istefa verib
  21 Sentyabr 2020    Oxunub:3118
Çexiyanın Səhiyyə naziri Adam Voytex koronavirus infeksiyasına yoluxanların sayının artması fonunda istefa verdiyini elan edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, nazir bu barədə jurnalistlərə açıqlamasında deyib.

"Ciddi düşünəndən sonra Səhiyyə naziri vəzifəsindən istefa vermək qərarına gəldim”, - deyə Vojtex vurğulayıb.

O, bu barədə artıq Çexiyanın Baş Naziri Andrey Babişi məlumatlandırdığını əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çexiya   Nazir   İstefa  





Xəbər lenti