Gürcüstanda daha 193 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 193 nəfər koronavirusa yoluxub
  21 Sentyabr 2020    Oxunub:2348
Gürcüstanda son sutka ərzində daha 193 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 3695-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1534 pasiyent sağalıb, 20 nəfər dünyasını dəyişib. Hazırda karantində 4988, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, son günlər Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti