Cəbhədə erməni təxribatı, Mnatsakanyan isə sülhdən danışır

Cəbhədə erməni təxribatı, Mnatsakanyan isə sülhdən danışır
  21 Sentyabr 2020    Oxunub:3451
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan İrəvanın sülh danışıqlarını davam etdirməyə hazır olduğunu deyib.
Azvision.az xəbər verir ki, bu barədə Mnatsakanyan Erablur hərbi şöhrət panteonunda jurnalistlərə bildirib.

Erməni nazir deyib ki, sülh prosesi münaqişəni həll etməyin yeganə mümkün yoludur.

Mnatsakanyanın sözlərinə görə, koronavirus pandemiyası danışıqlar prosesində müəyyən dəyişikliklər edib, lakin Ermənistan fürsət düşən kimi dialoqa davam etməkdə qərarlıdır: "Biz həmsədrlərlə təmasdayıq, onlarla işləyirik. Razılığa gəldikdən sonra bu barədə məlumat verəcəyik".

Qeyd edək ki, Mnatsakanyan sülhdən dəm vursa da, işğalçı Ermənistan ordusu Azərbaycana qarşı təxribatlarından əl çəkmir.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutlması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti