ABŞ Azərbaycan və Ermənistanı danışıqlara çağırdı

ABŞ Azərbaycan və Ermənistanı danışıqlara çağırdı
  21 Sentyabr 2020    Oxunub:3911
ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə sadiqdir.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeonun Ermənistana müstəqillik günü münasibətilə ünvanladığı məktubda deyilir.

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə sadiq qalırıq və tərəfləri Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları mümkün qədər tez bərpa etməyə çağırırıq”, - dövlət katibi qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Qarabağ  





Xəbər lenti