Tramp seçki üçün 325 milyon dollar ianə topladı

Tramp seçki üçün 325 milyon dollar ianə topladı
  21 Sentyabr 2020    Oxunub:3064
ABŞ-ın hazırki rəhbəri Donald Tramp yenidən prezident seçilməsi üçün 325 milyon dollar məbləğində ianə toplayıb.
Azvision.az xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, Trampın rəqibi Co Bayden isə seçkilərə 466 milyon dollarla qatılır.

Qeyd olunur ki, Baydenin seçki kampaniyasının maliyyəsi barədə məlumatları seçki qərargahının yüksək səviyyəli nümayəndəsi, Trampla bağlı məlumatları isə Amerika liderinin seçki kampaniyasının mətbuat xidmətinin rəhbəri Tim Murto "Twitter"də yayımlayıb.

Əvvəllər maddi üstünlük Trampın tərəfində idi. O, 2020-ci ilin əvvəlində artıq 100 milyon dollardan çox ianə toplamışdı. Bayden pul toplama kampaniyasında fərqi yalnız bu ilin aprelində aradan qaldırmağa nail olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti