Afrikada 34 mindən çox insan virusdan ölüb

Afrikada 34 mindən çox insan virusdan ölüb
  21 Sentyabr 2020    Oxunub:2637
Afrika qitəsində son 24 saatda 7443 nəfər koronavirusa yoluxub.
Azvision.az "Worldometer" portalına istinadən xəbər verir ki, Afrikada ümumi yoluxma sayı 1 milyon 413 min 416 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 129 nəfər artaraq 34 min 8-ə yüksəlib. İndiyədək 1 milyon 158 min 805 xəstə sağalıb.

Qitədə koronavirusdan ölənlərin sayına görə ilk sıralarda Cənubi Afrika (15 953), Misir (5 770) və Əlcəzair(1830) yer alır.

Şahanə Rəhimli
Azvision.az "


Teqlər: Afrika   Koronavirus   Pandemiya  





Xəbər lenti