Belarusda 442 etirazçı saxlanılıb

Belarusda 442 etirazçı saxlanılıb
  21 Sentyabr 2020    Oxunub:3650
Belarusda müxalifətin bazar günü keçirdiyi icazəsiz mitinqlər zamanı 442 nəfər saxlanılıb. Onlardan 266 nəfəri paytaxt Minskdəndir.
Azvision.az xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, inzibati xətalar haqqında işə məhkəmələrdə baxılmadan əvvəl 330 nəfər müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.

Qeyd edək ki, bazar günü Minskdə və ölkənin digər şəhərlərində icazəsiz etiraz aksiyaları təşkil edilib. Mitinqlərə 20 mindən çox etirazçı qatılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus   Etiraz   Aksiya  





Xəbər lenti