Zərif Moskvaya gedir

 Zərif Moskvaya gedir
  21 Sentyabr 2020    Oxunub:3397
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 24-də Moskvaya səfər edəcək.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin ikinci Asiya Departamentinin direktoru Zamir Kabulov bildirib.

Kabulovun sözlərinə görə, Zərif rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Tərəflər ikitərəfli münasibətlər və regional məsələləri müzakirə edəcəklər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   XİN  





Xəbər lenti