Ərdoğanı təhqir edən yunan qəzeti məhkəməyə verildi
"Yunan nəşrinin hərəkətləri medianın mənəvi deqradasiyasının göstəricisidir. Yunan ictimaiyyətinin isə qalmaqallı nəşrə reaksiya göstərməməsi, tənəzzülün yalnız jurnalistika ilə məhdudlaşmadığını göstərir",- deyə Ərdoğanın vəkillərindən biri Hüseyn Aydın bildirib.
Onun sözlərinə görə, təhqiramiz ifadələri mövqelərini əsaslandıra bilməyənlər istifadə edir.
"Bu cür hücumlar biabırçılıqdır. Türkiyə liderinin Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı qəti mövqeyi bütün türk xalqının maraqlarını əks etdirir".
İddia Avropa İnsan Hüquqları Məhkəməsinin söz azadlığının qorunması sahəsindəki qərarlarına və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə (“İfadə azadlığı”) əsaslanaraq irəli sürülüb. Yunan nəşrinin hərəkətlərinin söz azadlığının təzahürü kimi qəbul edilə bilmədiyi vurğulanıb.
Şahanə Rəhimli
Azvision.az