İran XİN: Münaqişənin həllinə kömək etməyə hazırıq

  İran XİN:  Münaqişənin həllinə kömək etməyə hazırıq
  21 Sentyabr 2020    Oxunub:2963
İranın Dağlıq Qarabağ münaqişəsinə daim aydın baxışı olub.
Azvision.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə deyib.

Onun sözlərinə görə, İran regionda hər hansı münaqişənin hərbi yolla həllinin əleyhinədir.

“İran Azərbaycan və Ermənistan dövlətləri ilə təmasdadır, öz fikirlərini bildirib. Həmçinin heç bir kənar güclər xoşniyyətlə regiona gəlmirlər. Bu münaqişənin ən yaxşı həll yolu regional həlldir. İran dəfələrlə kömək edib və problemin həlli üçün yenə də kömək etməyə hazırdır”, - deyə XİN rəsmisi vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   XİN   Qarabağ  





Xəbər lenti