Britaniyada yanacaqla işləyən maşınlar qadağan olunur

Britaniyada yanacaqla işləyən maşınlar qadağan olunur
  21 Sentyabr 2020    Oxunub:4140
Böyük Britaniya hökuməti 2030-cu ildən yanacaqla işləyən maşınların qadağasına hazırlaşır.
Azvision.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Bildirilir ki, hökumət bununla bağlı işləri 2040-cı ilə deyil, 10 il tez həyata keçirməyi planlaşdırır. Bu tədbir Birləşmiş Krallıq yollarında elektrikli nəqliyyat vasitələrinin yayılmasını sürətləndirməlidir.

Avtomobillərdə daxili yanma mühərriklərindən imtina ilə əlaqədar yeni yol xəritəsinin sentyabr ayının sonunda elan ediləcəyi gözlənilirdi. Ancaq nəşrin mənbələri bunun daha sonra, 2020-ci ilin sonunda baş verəcəyini hesab edir. Çünki hökumət indi koronavirusla mübarizə aparır.

Qeyd edək ki, Norveçdə də klassik mexanizmlə işləyən maşınlara 2025-ci ildə qadağa qoyulacaq. Almaniya, İrlandiya və Hollandiya bu sıralara 2030-cu ildə qoşulacaq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Britaniya   Maşın  





Xəbər lenti