Daha bir ölkə beynəlxalq uçuşları bərpa edir

Daha bir ölkə beynəlxalq uçuşları bərpa edir
  21 Sentyabr 2020    Oxunub:2322
Kolumbiya hökuməti 21 sentyabrdan etibarən beynəlxalq uçuşları bərpa etməyi planlaşdırır.
Azvision.az xəbər verir ki, bu barədə "Lonely Planet" məlumat yayıb.

Eyni zamanda ölkənin dəniz və quru sərhədləri hələlik bağlı qalacaq. Nəqliyyat naziri Anjela Mariya Orosko bildirib ki, ilk uçuşlar ABŞ, Meksika, Dominika, Braziliya, Ekvador, Boliviya və Qvatemala arasında baş tutacaq.

Sərnişinlər uçuşdan öncə COVID-19 virusu ilə bağlı mənfi test nəticəsinin olmasını təsdiqləyən arayış təqdim etməlidirlər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tixanovskaya  





Xəbər lenti