Tixanovskaya Belarusa qayıtma şərtini açıqladı

Tixanovskaya Belarusa qayıtma şərtini açıqladı
  21 Sentyabr 2020    Oxunub:3102
Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya ölkəyə qayıtmaq üçün fürsət gözlədiyini bildirib.
Azvision.az xəbər verir ki, bu barədə xanım siyasətçi Brüsseldə Belarus diaspor nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, hakimiyyət və müxalifət arasında danışıqlara başlaması şərti ilə geri dönməyə hazırdır.

"Hər şeyin bizim üçün düzələcəyi ümidi ilə Belarusa gedəcəyim anı gözləyirəm. Müzakirələr başlayanda, bütün siyasi məhbuslar azadlığa çıxanda və uşaqlarımla birlikdə özümü təhlükəsiz hiss edə biləcəyim vaxt Belarusa gedəcəyəm”.

Qeyd edək ki, prezident seçkilərindən sonra Tixanovskaya Litvaya yerləşib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti