“Qarabağ danışıqlarının bərpası üçün səyləri əsirgəməyəcəyik” - Makron

“Qarabağ danışıqlarının bərpası üçün səyləri əsirgəməyəcəyik” -  Makron
  21 Sentyabr 2020    Oxunub:4121
Fransa Minsk Qrupunun həmsədri olaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün tezliklə danışıqlar prosesinin bərpasına nail olmaqda səylərini əsirgəməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın müstəqillik günü münasibətilə həmkarı Armen Sarkisyana ünvanladığı təbrikdə deyilir.

Makron qeyd edib: “Bu fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, Fransa, Minsk Qrupunun həmsədri olaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və uzunmüddətli həlli olunacağı ümidi ilə tərəflər arasında danışıqların tezliklə bərpasına nail olmaq istiqamətində səylərini əsirgəməyəcəkdir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ   Fransa  





Xəbər lenti