Dünyada koronavirusla bağlı son rəqəmlər

 Dünyada koronavirusla bağlı son rəqəmlər
  22 Sentyabr 2020    Oxunub:1927
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 31 milyon 485 min 162 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 969 min 298 nəfərdir.

İndiyədək 23 milyon 113 min 233 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

ABŞ COVID-19 virusuna yoluxanların sayına görə dünyada birinci yerdədir. Sonrakı yerləri Hindistan, Braziliya, Rusiya və Peru tutur. ABŞ ölənlərin sayına görə də dünya lideridir.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 213 ölkədə qeydə alınıb.

Azvision.az



Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti