Merkeldən BMT Təhlükəsizlik Şurasında islahat çağırışı

Merkeldən BMT Təhlükəsizlik Şurasında islahat çağırışı
  22 Sentyabr 2020    Oxunub:1879
Almaniya kansleri Angela Merkel qlobal çağırışların cavablarını daha effektiv şəkildə axtarmaq üçün BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb.
Azvision.az xəbər verir ki, Merkel BMT Təhlükəsizlik Şurasının vacib qərarları tez-tez blokladığını deyib.

“Getdikcə fərdi üzvlərin maraqları qaydalar sisteminin lazım olduğu kimi işləməsinə mane olur. Kim ki, təkcə bunun öhdəsindən gələ biləcəyini düşünürsə, səhv edir”, - deyə kansler bildirib.

Almaniya lideri əlavə edib ki, koronavirus pandemiyası qlobal problemlərin sərhəd tanımadığına və əməkdaşlıq tələb etdiyinə yalnız bir nümunədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Merkel  





Xəbər lenti