Qazaxıstanda yoluxma sayı 67 nəfər artıb

Qazaxıstanda yoluxma sayı 67 nəfər artıb
  22 Sentyabr 2020    Oxunub:1771
Qazaxıstanda son sutka ərzində koronavirusa 67 yeni yoluxma faktı aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə "CentralAsia" məlumat yayıb.

Bildirilib ki, ümumilikdə ölkə üzrə 107 374 yoluxma müəyyən edilib. İndiyədək 102 064 xəstə sağalıb, 1 671 nəfər virusun qurbanı olub.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, 3611 nəfərin müalicəsi davam edir, onlardan 36-sı uşaqdır. Stasionar nəzarətdə 1873, ambulator şəraitdə isə 1794 xəstə var.

Koronavirusa yoluxanlardan 100 nəfərin vəziyyəti ağır, 14 pasiyentin durumu kritik qiymətləndirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qazaxıstan   Koronavirus  





Xəbər lenti