Silvestr Stallonenin anası vəfat edib

Silvestr Stallonenin anası vəfat edib
  22 Sentyabr 2020    Oxunub:2094
Məşhur amerikalı aktyor Silvestr Stallonenin anası Jaklin Stallone 98 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, onun ölüm səbəbi barədə məlumat verilməyib.

Stallonenin anası münəccim, rəqqas və eyni zamanda qadın güləşinin təbliğatçısı kimi tanınıb. Jaklin Stallone üç uşaq böyüdüb. Onlar Silvester Stallone, musiqiçi və müğənni olan Frank Stallone, həmçinin aktrisa Tony D'Altodur.

Hazırda iki oğlu sağdır. Onun başqa bir kişi ilə evliliyindən dünyaya gələn D'Alto ağciyər xərçəngi ilə uzun müddət mübarizədən sonra 2012-ci ildə vəfat edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SilvestrStallone  





Xəbər lenti