Virusa “qalib gələn” ölkədə təhlükə səngimir - Bir gündə yüzlərlə ölüm

Virusa “qalib gələn” ölkədə təhlükə səngimir -  Bir gündə yüzlərlə ölüm
  22 Sentyabr 2020    Oxunub:3138
Braziliyada son 24 saat ərzində 455 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 137 350-yə yüksəlib. Yoluxma sayı son sutkada 15 821 nəfər artaraq 4 560 83-ə çatıb. İndiyədək 3 887 1999 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə edilir.

Xatırladaq ki, bir müddət əvvəl Braziliya Prezidenti Jair Bolsonaru ölkəsinin koronavirus pandemiyasına qalib gəldiyini açıqlamışdı.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Braziliya   Koronavirus  





Xəbər lenti