Gürcüstanda daha 218 nəfər virusa yoluxdu, 2-si öldü

 Gürcüstanda daha 218 nəfər virusa yoluxdu,  2-si öldü
  22 Sentyabr 2020    Oxunub:2436
Gürcüstanda son sutka ərzində daha 218 nəfər koronavirusa yoluxub, 2 pasiyent ölüb. Ölkə üzrə ümumi yoluxma sayı 3913-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1574 pasiyent sağalıb, 22 nəfər dünyasını dəyişib. Hazırda karantində 5277, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, son günlər Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti