Rusiyada daha 160 nəfər COVID-19-dan öldü

  22 Sentyabr 2020    Oxunub : 3042
Rusiyada daha 160 nəfər COVID-19-dan öldü
Rusiyada son sutka ərzində daha 6215 nəfər koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla ölkədə koronavirusa yoluxanların sayı 1 115 810 nəfərə çatıb.

Rusiyada bir gündə virusa yoluxmuş 160 nəfər vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 19 649-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 917 949 nəfər sağalıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Koronavirus