Tixanovskaya Avropa İttifaqı ilə razılığa gəldi
"Svetlana Tixanovskaya Brüsselə səfərini başa vurdu. Səfər zamanı o, Aİ Xarici İşlər nazirləri qarşısında çıxış etdi, Aİ diplomatiyasının rəhbəri Cozep Borrell, Avropa Parlamentinin prezidenti David Sassoli ilə görüşdü və avropalı millət vəkillərinə müraciət etdi. Həmçinin Tixanovskaya Belarusda demokratik dəyişikliklərdən sonra ölkənin yardım paketi alması barədə razılığa gəlib”.
Xatırladaq ki, Belarusdakı prezident seçkilərindən sonra Tixanovskaya Litvaya gedib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Tixanovskaya