Peskov Pompeoya cavab verdi - Navalnı olayı

Peskov Pompeoya cavab verdi -  Navalnı olayı
  22 Sentyabr 2020    Oxunub:2987
"ABŞ sanksiya asılılığından əziyyət çəkir".
Azvision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ dövlət katibi Mayk Pompeonun müxalifət lideri Aleksey Navalnı ilə əlaqədar Moskvaya qarşı tətbiqi mümkün olan sanksiyalar haqqında çıxışını şərh edərkən deyib.

"ABŞ-ın ümumi sanksiya asılılığına gəldikdə, bunu başqa cür adlandırmaq çətindir - bu, bütün dünya ölkələrinə yaxşı məlumdur və çətin ki, kimsə bu cür fəaliyyətləri qəbul etsin".

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo kifayət qədər əsasın olduğu halda ABŞ-ın Navalnı ətrafında baş verən hadisəyə kəskin cavab verməyə hazır olduğunu bildirmişdi.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   Peskov  





Xəbər lenti