“Rusiya Minsklə dialoqa kömək edə bilər” - Cozep Borrell
"Biz Belarusla Rusiya arasındakı tarixi, siyasi və mədəni əlaqələrdən xəbərdarıq. Bunlar Belarus hakimiyyətini demokratiya tərəfdarı olan qüvvələrlə dialoqa getməyə inandırmaqda kömək edə bilər. Yaxın günlərdə və həftələrdə bu məsələlərin Rusiya hakimiyyəti ilə müzakirəsini davam etdirəcəyəm”, - deyə Borrell əlavə edib.
O, Moskva ilə danışıqlarında Aİ-nin Belarusun suverenliyinə hörmətlə bağlı mövqeyini vurğuladığını əlavə edib.
"Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla müntəzəm təmaslarda Aİ-nin Belarusun suverenliyinə və müstəqilliyinə hörmətlə bağlı prinsipial mövqeyini vurğuladım. Mən Rusiyanı xarici müdaxilədən qaçmaq üçün eyni nümunəni izləməyə çağırdım".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Rusiya