Amerikalı jurnalist Türkiyədə ölü tapıldı

Amerikalı jurnalist Türkiyədə ölü tapıldı
  22 Sentyabr 2020    Oxunub:2859
Amerikalı jurnalist Andre Vlçek İstanbulda qaldığı otelin qarşısında ölmüş vəziyyətdə tapılıb.
Azvision.az "Habertürk"ə istinadən xəbər verir ki, hadisə ötən gün Karaköy məhəlləsinin Kemankeş küçəsindəki məşhur bir otelin qarşısında baş verib.

İddialara görə, rus əsilli 57 yaşlı jurnalist və həyat yoldaşı Rosse Indira Vlçek kirayəyə götürdükləri avtomobillə Qara dəniz turuna çıxıblar. Onlar geri qayıdarkən jurnalist həyat yoldaşına Sakaryada dincələcəyini deyib. Axşam qaldıqları otelin qarşısına gələndə Andre Vlçeki oyatmaq istəyən xanımı onun tərpənmədiyini görüb və təcili yardım çağırıb. Həkimlər onun öldüyünü bildiriblər.

Polis hadisə ilə bağlı araşdırma aparır, jurnalistin ölüm səbəbi hələlik bilinmir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Jurnalist   ABŞ   Türkiyə  





Xəbər lenti