ABŞ-da 52 mindən çox yeni yoluxma aşkarlandı

 ABŞ-da 52 mindən çox yeni yoluxma aşkarlandı
  22 Sentyabr 2020    Oxunub:2803
ABŞ-da son sutka ərzində koronavirus infeksiyasına 52 070 yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, bir gündə 356 nəfər COVID-19 virusundan dünyasını dəyişib. Ümumilikdə isə indiyədək ABŞ-da 6,8 milyon nəfər koronavirusa yoluxub, 199 886 xəstə vəfat edib. Sağalanların sayı isə 2,6 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti