İranda daha 178 nəfər koronavirusdan ölüb

İranda daha 178 nəfər koronavirusdan ölüb
  22 Sentyabr 2020    Oxunub:2875
İranda son sutka ərzində daha 178 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 24 656 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 3712 nəfər artaraq 429 193-ə yüksəlib.

İranda indiyədək 363 737 koronavirus xəstəsi sağalıb, hazırda 3922 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi qeyd edib ki, ölkənin 31 əyalətindən 29-u riskli və qırmızı zonalara aiddir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İran   Koronavirus   Pandemiya  





Xəbər lenti