Şərq üçün yeni TV açıldı

Şərq üçün yeni TV açıldı
  29 Yanvar 2014    Oxunub:1770
TMB RU (ТВОЙ МИР ВОСТОК) telekanalı artıq yayıma başlayıb. 2014-cü il yanvarın 22 - sindən etibarən efirdə olan telekanal 85°- də yerləşən Gorizont 4 peyki üzərindən açıq yayıma çıxıb. Telekanalın əsas məqsədi keçmiş MDB ölkələri ərazisində Şərq, xüsusən də Türk mədəniyyətini, adət-ənənələrini və musiqisini rus dilində təbliğ etməkdir.
Telekanalın icraçı direktoru Kənan Musayev bildirib ki, “Hazırda kanalımız Yaponiyadan – yəni Şərqin başlanğıcından İstanbula kimi, daha doğrusu Şərqin digər sərhəddinə kimi bütün ərazini əhatə edir. Bu, bütün Şərq deməkdir. Müxtəlif dillər, müxtəlif zövqlər və düşüncə tərzləri... Şərq axı özu-özlüyündə zəngin və rəngarəngdir. Bu rəngarəngliyi tam və dolğun olarağ tamaşaçıya çatdırmaq çox çətindir, amma şərəflidir. İnaniram ki, biz bu işin öhdəsində gələcəyik”.

Kənan Musayev onu da qeyd edib ki, TMB RU – nun “Türk Musiqi Birliyi” kimi tanığımız TMB telekanalından bir çox fərqləri də var. TMB RU tək Türk və Şərq dünyasının musiqisini yayımlamaqla kifayətlənməyəcək. Şərq xalqlarının tarixi, adət- ənənələri və Şərq mətbəxi və hətta Şərq rəqsləri ilə tamaşaçıları tanış edəcək. Belə ki, MDB məkanında ilk dəfə olaraq oriental rəqs üzrə şou müsabiqəsinin hazırlığına artıq start verilib. Bu müsabiqədə Ərəb dünyasının şou nəhəngi MBC-nin dəstəyi ilə gerçəkləşəcək.

“TMB RU efirində Azərbaycan musiqisi və mədəniyyətini də təbliğ etmək imkanımızın olmasından xususi qürur duyuram. Azərbaycan bayrağının efirimizdə dalğalanmasını ilk dəfə görəndə sözün düzü, bir az kövrəldim. Azərbaycan Şərqin flagman ölkəsidir. Həm mədəniyətdə, həm musiqidə deyərdim ki, hətta bütün sahələrdə... Millətimizin xüsusi və zəngin mədəni irsini tamaşaçılara çatdırmaq lazımdır. Bütün bunlarla yanaşı TMB RU Şərq kinosu ilə bağlı silsilə programlar və Şərq kinosunun ən parlaq nümunələrini də yayımlayacaq”,- deyə Kənan Musayev bildirib.

TMB RU kanalını 85°- də yerləşən Gorizont peykindən 11720 Horizontal FEC:¾ SR 28,800 tezliyində izləyə bilərsiniz. Tezliklə TMB RU kanalı Bakı şəhərinin KTV və digər kabel şəbəkələrində də yayımlanacaq.


Teqlər:  





Xəbər lenti