“Ermənistana xəbərdarlıq edirik, odla oynamasın” - AKP sözçüsü

  “Ermənistana xəbərdarlıq edirik, odla oynamasın” -    AKP sözçüsü
  23 Sentyabr 2020    Oxunub:4104
“Ermənistan odla oynadığını bilsin. Bölgədə xaos yaratmaq fəaliyyətinin mərkəzində Ermənistan dayanır. Türkiyə Azərbaycanın yanındadır. Ermənistana bir daha xəbərdarlıq edirik ki, odla oynamasın”.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik deyib.

"Ötən gün Ermənistan tərəfinin hücumu nəticəsində şəhid olan azərbaycanlı qardaşımıza Allahdan rəhmət diləyirik. Buradan bir daha Ermənistana səslənirik. Türkiyə tərəfi belə hərəkətləri qəbul edə bilməz", - deyə AKP rəsmisi bildirib.

Azvision.az



Teqlər: Türkiyə   AKP   Ermənistan  





Xəbər lenti