Britaniyada COVID-19-a yoluxma sayı 400 mini keçdi

Britaniyada COVID-19-a yoluxma sayı 400 mini keçdi
  23 Sentyabr 2020    Oxunub:2830
Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 4926 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər infeksiyadan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 403 551, xəstəlikdən ölənlərin sayı isə 41 825 nəfərə çatıb.

Son günlər Böyük Britaniyada virusa yoluxma sayında kəskin artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti