Volodin və Sahibə Qafarova Moskvada danışıqlar aparacaq

 Volodin və Sahibə Qafarova Moskvada danışıqlar aparacaq
  23 Sentyabr 2020    Oxunub:1815
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu gün Moskvada rəsmi səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə danışıqlar aparacaq.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda vurğulanır ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 23-də Moskvada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək.

Qeyd edilib ki, bu, Sahibə Qafarovanın Rusiya parlamentinin aşağı palatasına ilk səfəridir.

Görüş zamanı ikitərəfli parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi, beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət və milli qanunvericiliyin yaxınlaşdırılması məsələlərinin müzakirəsi planlaşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Sahibə-Qafarova   Milli-Məclis  





Xəbər lenti