Almaniyada yoluxma halları artmağa başladı

Almaniyada yoluxma halları artmağa başladı
  23 Sentyabr 2020    Oxunub:1971
Almaniyada son sutka ərzində 1769 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Qeyd edilib ki, Almaniyada koronavirusa yoluxma hallarının ümumi sayı 275 927-yə çatıb.

Sentyabrın 22-də daha 13 koronavirus xəstəsi ölüb. Beləliklə, Almaniyada pandemiya başlayandan indiyədək 9409 nəfər COVID-19-dan vəfat edib.

Almaniyanın Səhiyyə naziri Yens Şpan soyuq havanın başlaması ilə əlaqədar koronavirusa yoluxanların sayının artacağını istisna etməyib. O, hökumətin ölkə sakinlərini COVID-19 testi etmək üçün yeni bir strategiya tətbiq etmək niyyətində olduğunu vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   Almaniya  





Xəbər lenti