Afrikada 34 mindən çox insan COVID-19-dan ölüb

Afrikada 34 mindən çox insan COVID-19-dan ölüb
  23 Sentyabr 2020    Oxunub:1864
Afrika qitəsində son 24 saatda 7365 nəfər koronavirusa yoluxub.
Azvision.az "Worldometer" portalına istinadən xəbər verir ki, Afrikada ümumi yoluxma sayı 1 milyon 427 min 620 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 244 nəfər artaraq 34 min 378-ə yüksəlib. İndiyədək 1 milyon 173 min 809 xəstə sağalıb.

Qitədə koronavirusdan ölənlərin sayına görə ilk sıralarda Cənubi Afrika (16 118), Misir (5 806) və Əlcəzair(1889) yer alır.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Afrika   Koronavirus   Ölüm  





Xəbər lenti