Gürcüstanda daha 227 nəfər virusa yoluxub

Gürcüstanda daha 227 nəfər virusa yoluxub
  23 Sentyabr 2020    Oxunub:1946
Gürcüstanda son sutka ərzində daha 227 nəfər koronavirusa yoluxub, 2 pasiyent ölüb. Ölkə üzrə ümumi yoluxma sayı 4140-a çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1643 pasiyent sağalıb, 24 nəfər dünyasını dəyişib. Hazırda karantində 5390, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, son günlər Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus   Pandemiya  





Xəbər lenti