Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda koronavirusa yoluxanların sayı artdı
  23 Sentyabr 2020    Oxunub:1739
Ermənistanda son sutka ərzində daha 210 nəfərdə koronavirus infeksiyası (COVID-19) aşkar olunub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 47 877 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, pandemiya qurbanlarının sayı 942-yə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 292 nəfərdir. İndiyədək 43 026 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti